"Bu, hökumətlə Milli Məclis arasında işgüzar fəaliyyətə böyük töhfə verir" - Əli Əsədov

“Belə bir hesabatlılıq hökumətlə Milli Məclis arasında səmərəli və işgüzar fəaliyyətə böyük töhfə verir”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında hökumətin hesabatını təqdim edən Baş nazir Əli Əsədov deyib.
Əli Əsədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 30 illik işğala son qoyulduqdan sonra sentyabrda keçirilən bir günlük antiterror əməliyyatı nəticəsində suverenliyimiz tam bərpa edilib:
"Bu, tarixi hadisədir. Məhz 7 fevral tarixində keçirilən prezident seçkilərinin mahiyyəti ilk dəfə olaraq ölkənin bütün ərazisində keçirilməsidir. Dövlət başçısı 2024-cü il yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibədə bildirdi ki, bu il biz yeni ilə suverenliyi tam bərpa olunmuş dövlət kimi başlayırıq”.
Firuzə Əliyeva