ABŞ rəsmisi Azərbaycana SƏFƏR EDƏCƏK: \"Rusiya sülhün qarşısını almaq üçün...\" - AÇIQLAMA

ABŞ rəsmisi Azərbaycana SƏFƏR EDƏCƏK: \

Xəbər verdiyimiz kimi, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb. Ermənistandan sonra ABŞ-nin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Azərbaycana səfər edəcək.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, iki ölkə arasında sülh müqaviləsinin bağlanması istiqamətində ABŞ Türkiyə ilə birgə işləyəcək. Onun sözlərinə görə, Lui Bononun regiona səfərini həm də “ABŞ-Türkiyə birgə formatının nümayəndəsi” kimi də xarakterizə etmək olar:

 

“Bononun regiona səfərinin məqsədi əsasən, Türkiyənin vasitəçiliyini Ermənistana qəbul etdirmək, həmçinin ABŞ və Türkiyənin birgə təşəbbüsü formatında sülh danışıqlarına başlanmasını hər iki tərəflə razılaşdırmaqdan ibarətdir. Məhz ABŞ diplomatının Ermənistana səfərindən sonra Paşinyan Azərbaycanın anklav olmayan dörd kəndinin İrəvana aid olmadığını vurğuladı. Həmçinin Prezident İlham Əliyev də Bakı Forumunda Ermənistanla sülhə çox yaxın olduğumuzu vurğuladı. Göründüyü kimi, ABŞ -Türkiyə formatı iki ölkə arasında real sülhün əldə edilməsinə töhfə verə bilər. Bununla paralel olaraq, Türkiyə-Ermənistan əlaqələrinin normallaşması davam edəcək”.

 

Müsahibimiz bildirib ki, rəsmi Bakı Moskvanın vasitəçiliyini qəbul etmir:

 

“Hazırda Azərbaycanın ABŞ və Türkiyə formatına üstünlük verməsi mümkündür. Bu formatda Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev yaxın perspektivdə ikitərəfli, vasitəçi olmadan görüşə bilər. Rusiya isə sülh təşəbbüsünün qarşısını almaq üçün Ermənistan tərəfindən təxribatlara əl ata bilər. Bundan əlavə, Fransa da Türkiyə və ABŞ-nin ənənəvi rəqibidir. Paris də İrəvanı bu formatdan uzaqlaşdıra bilər. Əgər Ermənistan rəhbərliyi ABŞ-Türkiyə birgə formatından imtina edərsə, onlar üçün ən pis ssenarilərin olması mümkündür”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Rusiya Odessanı vurdu

Rusiya ordusu Ukraynanın Odessa şəhərinə növbəti dəfə dron zərbəsi endirib.   Sfera.az xəbər verir ki, hücum nəticəsində azı bir nəfər həlak olu...

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya təhvil verilib

İstifadəyə yararsız elektrik batareyalarının düzgün çeşidlənməsi və ekoloji cəhətdən təhlükəsiz şəkildə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvət...

"Biz ABŞ-yə necə etibar edəcəyik?" - Pezeşkian

“Tehran ABŞ-lə danışıqları bərpa etməyə hazırdır”.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud...

Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var

Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.   DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, iki naməlum şəxs zərərçəkənin 3000 m...

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...