"Makronun Azərbaycana qarşı yeritmək istədiyi siyasət..." - Hüquqşünasdan AÇIQLAMA

"Rəsmi Almaniya və Fransanın Avropa İttifaqının və NATO-nun Rusiya-Ukrayna müharibəsində birbaşa hərbi iştirakı barədə bir-birinə əks mövqedən çıxış etməsi, təkcə Rusiya-Ukrayna müharibəsi ilə bağlı məsələ deyil".

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri hüquqşünas Vüqar Dadaşov bildirib.

 

"Əlbəttə ki, Fransa Prezidenti Emanuel Makronun hakimiyyəti dövrü, Fransanın dünyada mövqeyinin daha da zəifləməsi, şəxsən prezident kimi Makronun uğursuz, bacarıqsız siyasətinə əsaslanır. Prezident Makronun bütün avantürist istəkləri Fransanın nüfuzunun bərpası və özünün lider kimi şəxsini təsdiqləməsi üçündür. Yeni regionda Fransanın mövcudluğu, Makronun ümumi prezidentlik dövrünün uğuru kimi qiymətləndiririlə bilər. Ölkəsinin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə zədələyən Makron, gözlədiyi nəticəni əldə edə bilməsə də, ilk növbədə Cənubi Qafqaza soxulmaq siyasətini həyata keçirməyə çalışır. Makronun Cənubi Qafqaz və xüsusən də Azərbaycana qarşı yeritmək istədiyi siyasət, onu region dövlətləri ilə və hətta İranla belə münasibətlərini korlayıb”.

 

Hüquqşünas qeyd edib ki, Fransanın İranla münasibətinin əsaslı şəkildə pisləşməsi digər amillərə görə mümkün deyil.

 

“Fransa Prezidenti Makronun NATO qüvvələrinin Ukraynada Rusiyaya qarşı hərbi əməliyyatlarda birbaşa iştirakının mümkünküyü barədə açıq çıxışı, ümumən Aİ-nın və NATO-nun siyasətinə, diplomatiyasına, vahid birliyi və təhlükəsizlinə ziddir. Əlbəttə ki, Almaniya kansleri Olaf Şoltsun Makronu təkzib etməsi məhz qeyd edilən kontekstdən yanaşmadır. İtaliya müdafiə naziri də Quido Krozetti Makrona NATO adından danışmamağı məsləhət görüb. Ancaq son vaxtlar NATO qüvvələrinin Ukraynada Rusiyaya qarşı hərbi əməliyyatlarda iştirakı barədə də yayılmaqda olan məlumatları da əsasız hesab etmək olmaz. Fransa hətta NATO-dan kənar, öz rəhbərliyi ilə Ukraynada Rusiyaya qarşı vuruşan ittifaq yaratmaq niyyətini açıqlayıb”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...