Rusiya sanksiyalara qarşı BU ADDIMI ATDI: "240 milyard dollar..." - AÇIQLAMA

Rusiya sanksiyalara qarşı BU ADDIMI ATDI:

Rusiyanın sanksiyalara qarşı yeni planı var.

 

Sfera.az bildirir ki, bu barədə Qərb mediası məlumat dərc edib. Qeyd olunub ki, Moskva, Rusiyanı Çinlə birləşdirən iki mühüm şərq dəmir yolu xəttini yaxşılaşdırmaq üçün milyardlarla dollar xərcləyib. “New York Times” qəzetinin xəbərinə görə, Moskva indi Hindistan və Fars körfəzi ölkələri ilə dəmir yolu vasitəsilə əlaqə yaratmağa hazırlaşır.

 

“1,7 milyard dollara başa gələcək yeni Cənub marşrutu Rusiya və İrandakı limanları birləşdirəcək və həmçinin Rusiyanı Hindistanın ticarət mərkəzi olan Mumbayla birləşdirməyə kömək edəcək”, - bildirilib.

 

Nəşr qeyd edib ki, sözügedən dəmir yolunun tikintisinə bu il başlanması planlaşdırılır.

 

“Rusiyanın dəmir yolu nəqliyyatına diqqət etməsi Qərbin iki illik sanksiyalarından sonra baş verir. Məhdudiyyətlər Rusiyanın ənənəvi olaraq ən böyük bazarı olan Avropa ilə ticarətinə zərbə vurub və Moskvanı Çin və İran kimi alternativ bazarlara üz tutmağa vadar edib. Təhlillər göstərir ki, yeni dəmir yolu əlaqələri sanksiyalar fonunda Rusiya idxalının davam etdirilməsinə kömək edəcək”, - əlavə edilib.

 

Mövzu ilə bağlı Corc Vaşinqton Universitetinin siyasi elmlər üzrə professoru David Szakonyi “Business Insider”ə açıqlamasında bunları deyib:

 

"Cənubla münasibətlərin yaxşılaşdırılması Rusiyanın əsas prioritetlərindən biridir. Yeni ticarət əlaqələri təkcə Rusiyaya neft və qazı alternativ bazarlara satmağa imkan yaratmayacaq, həm də ölkəyə işçi qüvvəsi çatışmazlığı səbəbindən istehsal edə bilmədiyi malların idxalına kömək edəcək”.

 

Qeyd edək ki, Rusiya ilə Çin arasında ticarət 2021-ci ildən bəri təxminən 63 faiz artaraq 2023-cü ildə 240 milyard dollardan çox olub. Moskvanın Hindistanla ticarət əlaqələri də genişlənməkdə davam edir. İki ölkə arasında ticarət dövriyyəsi 65 milyard dollara çatıb ki, bu da 2021-ci illə müqayisədə dörd dəfə çoxdur.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...