Gürcüstan Baş naziri Azərbaycana SƏFƏRƏ GƏLƏCƏK

Siyasət
14:50 / 14.03.2024
3844
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu həftə ərzində Azərbaycana səfər edəcək.
Sfera.az xəbər verir ki, hökumət başçısı səfər çərçivəsində Bakıda bir sıra ali səviyyəli ikitərəfli görüşlər keçirəcək və Gürcüstan-Azərbaycan münasibətlərinə dair müzakirələr aparacaq.
Qeyd edək ki, ötən ay Gürcüstanın Baş naziri vəzifəsinə təyin edilmiş İrakli Kobaxidze ilk xaricə səfərini Brüsselə edib. Azərbaycana səfəri onun ikinci xarici səfəri olmaqla yanaşı, region ölkələrinə ilk səfəri olacaq. (apa)