Şimali Koreyanın SƏS-KÜYLÜ ADDIMI: Kim Çen In şəxsən.. - FOTO

Şimali Koreyadan ABŞ və Cənubi Koreya təlimlərinə qarşı daha bir addım atılıb.
Sfera.az bildirir ki, dünən tank qoşunlarının iştirakı ilə real atəşli təlim keçirilib. Döyüş qabiliyyətinin yoxlanılması məqsədi daşıyan təlimdə ölkənin yeni hazırlanmış tankı da təqdim olunub. Sözügedən tankın sınaq sürüşünü şəxsən Kim Çen In özü həyata keçirib. Ölkə başçısı Şimali Koreyaya məxsus tankları "dünyanın ən güclüləri" adlandırıb və yeni tankın zərbə gücündən, manevr qabiliyyətindən çox razı qaldığını vurğulayıb.
Xatırladaq ki, Şimali Koreya ötən həftə cəbhə qoşunlarının iştirakı ilə artilleriya təlimi keçirib. Təlimə şəxsən rəhbərlik edən Kim, faktiki müharibə vəziyyətində "amansız və sürətli" hücumlarla təşəbbüsü ələ almaq üçün artilleriya bölmələrinə lazımi hazırlıqları davam etdirməyi tapşırıb.
Şimali Koreyanın son addımlarının ABŞ və Cənubi Koreyanın keçən həftə bölgədə başlatdığı 11 günlük “Azadlıq Qalxanı Təlimi”ndən dərhal sonra atılması diqqət çəkib.
Günay