Britaniyanın baş naziri: "COP29-da Britaniya Azərbaycanın yanında olacaq"

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Britaniya Azərbaycanın yanında olacaq.
Sfera.az xəbər verir ki, bu fikirlər Böyük Britaniyanın baş naziri Rişi Sunakın (Rishi Sunak) “Parçalanmış Dünyanın Bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun iştirakçılarına ünvanladığı məktubda yer alıb.
"Azərbaycan özünün gələcəyi il bağlı yol kəsişməsindədir. Hazırda Ermənistanla münaqişəyə son qoymaq üçün tarixi fürsət var. Bu ilin noyabrında sülh sazişi imzalandığını görmək sevindirici olardı. Dünyanın təlatümlü olduğu dövrdə fürsətdən yararlanaraq Azərbaycana nəzər salırıq. Azərbaycanla Böyük Britaniya münasibətləri inkişaf etməkdədir. COP29-da Britaniya Azərbaycanın yanında olacaq”, - o əlavə edib.
Qeyd edək ki, Rişi Sunakın məktubunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld (Fergus Auld) səsləndirib.