ABŞ və İran arasında GİZLİ GÖRÜŞ - Detallar AÇIQLANDI

ABŞ və İran rəsmiləri 2024-cü ilin yanvarında Omanda gizli görüş keçiriblər.
Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı “Financial Times” qəzeti yazıb.
Qəzetin həm ABŞ, həm də İran rəsmilərinə istinadən verdiyi məlumata görə, iki düşmən dövlətin rəsmiləri Husi hücumlarını müzakirə edib.
ABŞ rəsmiləri İran tərəfinin diqqətinə çatdırıb ki, Husilərin hücumları dünya tədarük zəncirini poza və enerji qiymətlərinə təsir edə bilər. Omanda keçirilən görüşlərdə ABŞ İrandan Qırmızı dənizdəki gəmilərə edilən hücumlara son qoymaq üçün Husilərə təsir etməsini istəyib.
Danışıqlarda ABŞ nümayəndə heyətinə Ağ Evin Yaxın Şərq üzrə müşaviri Brett Makqurk başçılıq edib. Danışıqlarda İranı isə baş nüvə müzakirəçisi və xarici işlər nazirinin müavini Əli Baqiri Kani təmsil edib. Danışıqlar zamanı birbaşa təmas olmayıb və Oman rəsmiləri danışıqlarda vasitəçilik ediblər.
Vasif