Avropada GƏRGİNLİK ARTIR: “Makron bu sözləri ilə Olafı qəzəbləndirdi” - Alman nazirdən SƏRT CAVAB

Avropada GƏRGİNLİK ARTIR: “Makron bu sözləri ilə Olafı qəzəbləndirdi” - Alman nazirdən SƏRT CAVAB

Almaniya və Fransa arasında gərginlik davam edir.

 

Sfera.az bildirir ki, bu barədə ABŞ mediası məlumat yayıb. Qeyd olunub ki, Fransa Prezidenti Emmanuel Makronla Almaniya kansleri Olaf Şolz arasında hələ də “soyuq küləklər əsir”. Son günlər liderlərin fikirləri də üst-üstə düşmür. Belə ki, Makronun Praqaya səfəri zamanı irəli sürdüyü “Ukraynaya qoşun yeritmək” ideyası xüsusilə Almaniyanı narahat edib. Fransa lideri Almaniyanın etirazına qarşılıq olaraq, “Avropa qorxmamalıdır” cavabını verib. Bu, Berlində “təhqir” kimi qəbul edilib və Almaniyanın müdafiə naziri Boris Pistorius Makrona “Bizim cəsarətlə bağlı müzakirələrə ehtiyacımız yoxdur”, - bildirib.

 

Ekspertlərin fikrincə, 1945-ci ildən bəri Fransa-Almaniya münasibətləri Avropanın bütövlüyü və gücü üçün həyati əhəmiyyət kəsb edir, lakin iki lider Ukrayna müharibəsində ortaq mövqe tutmaq əvəzinə, mübahisə etməyə başlayıblar.

 

ABŞ-nin “New York Times” qəzetində dərc olunan təhlilə görə, Makronun “Ukraynaya Qərb qoşunları göndərilə bilər” açıqlaması Olaf Şolzu qəzəbləndirib.

 

“Almaniya Ukraynaya Fransadan qat-qat çox maliyyə və hərbi yardım göstərsə də, Rusiya ilə birbaşa qarşıdurmada ehtiyatlı davranır. Bu səbəbdən Ukraynaya uzaqmənzilli raketlər verməkdən imtina edir. Fransadan fərqli olaraq nüvə silahı olmayan Almaniyada əksəriyyət Makronun Berlinin müharibə ilə bağlı tarixi həssaslığına və strateji zəifliyinə məhəl qoymadığı qənaətindədir. Almaniya kansleri Şolz az qala Makronu danlayaraq, Ukraynaya Avropa və NATO ölkələrindən hərbçi göndərilməyəcəyini desə də, Fransa lideri ötən gün “odun üzərinə benzin töküb”. O, ölkədəki müxalifət partiyalarının liderləri ilə görüşündə “Rusiya ordusu Kiyev və ya Odessaya hücum edəcəyi təqdirdə, Fransa ordusu bura birbaşa müdaxilə etməli ola bilər”, deyib”, - nəşr vurğulayıb.

 

Günay


OXŞAR XƏBƏRLƏR