Putin 52 məhbus qadını ƏFV ETDİ

Kateqoriya məlum deyil
T
Rusiya Prezidenti Vladimir Putin 52 qadını əfv edib.
Sfera.az bildirir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərin suallarını cavablandırıb. O qeyd edib ki, müəyyən kateqoriyaya aid vətəndaşlar üçün bu məsələ müzakirə edilib.
“Əfvlə bağlı bugünkü fərman aparılan müzakirələr fonunda imzalanıb”, - o bildirib. Əfv fərmanında Prezident Vladimir Putinin humanizm prinsiplərini rəhbər tutduğu bildirilib.
Məlumata görə, ilk növbədə cəbhədə azyaşlı uşaqları və ya qohumları olanlar bu siyahıya düşüblər.
Günay






