Putin onu yeni bir şəxslə əvəz edəcək

Putin onu yeni bir şəxslə əvəz edəcək

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Şimali Qafqaza gəlib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, Patruşev kifayət qədər ciddi kadrdır:

 

“Onun əsas missiyası xarici siyasətlə bağlıdır. Lakin bu dəfəki Şimali Qafqaz səfəri daxili amillərə əsaslanır. Patruşev müxtəlif yerləri gəzib, daha çox təftiş edərcəsinə tapşırıqlar verib. TŞ rəhbəri ekstrimizmdən danışıb. Yəqin ki, Patruşev Moskvaya qayıtdıqdan sonra Şimali Qafqazdakı vəziyyətlə bağlı Putinin masasına hesabat qoyacaq. Əslində səbəbi şərtləndirən başlıca amillərdən biri bölgəyə edilən xarici müdaxilələrdir. Bir müddət əvvəl İnquşetiyada İŞİD terrorçularının peyda olması bölgədə son zamanlar ciddi narahatlıq yaradıb. Rusiya mediası məsələni çox işıqlandırmasa da, şimalda heç də xoş hadisələr baş vermir. Kreml bunu bilir”.

 

Ekspert bildirib ki, Şimali Qafqaz rəhbərlərinin dəyişdirilməsi mümkündür:

 

“Bu bölgədəki federativ subyektlərin rəhbərləri hərbi yönümlü şəxslərdir. Onlardan fərqli olaraq İnquşetiya rəhbəri Mahmud Əli Kalimetov ölkənin keçmiş Baş prokuroru olub, 70 yaşlı əməkdar hüquqşünasdır. Ehtimal ki, Putin onu yeni bir şəxslə əvəz edəcək. Burada əsas ağırlığı kəşfiyyat qrupuna verəcək. Patruşevin səfəri bizə onu deyir. Şimali Qafqaz isə Rusiyaya baş ağrısı olmaqda davam edəcək. Putinin burada bəzi vəzifəli şəxslərə tətbiq etdiyi güzəşt onun baş ağrısına çevrilir. Patruşevin "Putinin baş ağrısı"na dərman olub-olmayacağını isə zaman göstərəcək”.

 

Günay


OXŞAR XƏBƏRLƏR