Meral Akşener Mansur Yavaşa CAVAB VERDİ: \"Qorxaqsınız!\"

İYİ Partiyasının sədri Meral Akşener televiziya proqramında Ankara Böyükşəhər Bələdiyyə (ABB) başçısı Mansur Yavaşın açıqlamaları ilə bağlı sualı cavablandırıb.
Sfera.az xəbər verir ki, partiya sədri Mansur Yavaşın mübarizə apara bilməməsinin səbəbləri barədə danışıb və onun qorxduğunu bildirib.
"Hörmətli Mansur Yavaş açıqlaması ilə qorxaqlığını cəsarət nümunəsinə çevirdi. Buna görə utandığımı bildirmək istəyirəm. Bunu ona şahidlə və sübutlarla söylədilər. Ona görə də cəsarəti çatmadı. Vətəndaşların, millətin tələblərini qəbul etməyə qorxurdu. M. Yavaş cəsarət göstərə, mübarizə apara bilmədi. Nəticədə günlər keçdi, bu gün etiraf etdi. O, etiraf etdi ki, partiyamızın əyalət sədri və bütün rayon sədrləri istefa verib onunla işləyirdilər. Yəni cəsarəti İYİ Partiyaya görə imiş. Mən onu alqışlayıram” ,- Akşener fikrini yekunlaşdırıb.
Xatırladaq ki, Cümhuriyyət Xalq Partiyası ABB namizədi və hazırkı ABB sədri Mansur Yavaş qatıldığı canlı yayımda İYİ Partiya sədri Meral Akşenerlə bağlı açıqlamalar verib. Yavaş Akşenerin Altılı Masada onun və İBB sədri İmamoğlunun namizədliyini irəli sürməsində səmimi olmadığını deyib.
Əzizə