Filippot Makronu İTTİHAM ETDİ: \"Ukrayna ilə bağlı müxalif siyasətçiləri...\"

Fransa Prezidenti Emmanuel Makron müxalif siyasətçiləri Ukraynaya əlavə yardımı dəstəkləmələri üçün qorxutmağa çalışa bilər.
Sfera.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Fransanın Vətənpərvərlər Partiyasının rəhbəri Florian Filippot bildirib.
“Cümə axşamı partiya liderləri ilə görüşdə Makron onları aldadaraq “ruslar bizi çox hədələyir, sizin seçiminiz yoxdur” deyəcək" - Flippot qeyd edib.
Filippot Makronun mümkün davranışını onun Avropa qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı təklifindən sonra ünvanına gələn tənqidlərlə əlaqələndirib. Əksər fransız siyasətçiləri və partiya liderləri prezidenti qeyri-ciddilikdə və Fransanı hərbi münaqişəyə sürükləmək cəhdində ittiham ediblər.
Qeyd edək ki, bundan əvvəl Makron Ukraynadakı vəziyyəti Fransanın keçmiş prezidentləri Nikola Sarkozi və Fransua Ollandla müzakirə etmək niyyətində olduğunu bildirib.
Əzizə