Seçkilərdən çəkildi: \"Co Baydeni dəstəkləyirəm\"

15:53 / 07.03.2024
3204
ABŞ Nümayəndələr Palatasının üzvü Din Fillips seçki yarışından geri çəkildiyini açıqlayıb və partiya lideri, ABŞ prezidenti Co Baydeni dəstəkləyəcəyini bildirib.
Sfera.az xəbər verir ki, konqresmen "WCCO" radiosunda müvafiq bəyanatla çıxış edib.
Deputat niyə namizəd olduğunu və seçkiqabağı təşviqata rəhbərlik etdiyini açıqlayıb. Fillipsin sözlərinə görə, o, sadəcə ABŞ-nin keçmiş prezidenti Donald Trampla üz-üzə gəlmək istəyirmiş.
"Mən kampaniyamı dayandırıram və Co Baydeni dəstəkləyirəm", - demokrat əlavə edib.
Qeyd edək ki, bundan əvvəl respublikaçı Nikki Heyli prezidentlik yarışından imtina etdiyini açıqlayaraq Trampa dəstək olduğunu bildirib.
Əzizə