Kim Çen In orduya ƏMR VERDİ: “Hazır olun!”

15:55 / 07.03.2024
3091
Şimali Koreya lideri Kim Çen In ölkənin qərbindəki hərbi bazaya səfər edib.
Sfera.az bildirir ki, ölkə başçısı orduya döyüş hazırlığını artırmağı əmr edib. Şimali Koreya lideri yeri açıqlanmayan bazanı gəzib və əsgərlərin səhra hazırlığını yoxlayıb. O, mövcud vəziyyətin tələblərinə uyğun olaraq ordunun döyüş hazırlığının gücləndirilməsini və dinamik şəkildə yeni dövrə başlamalı olduğunu bildirib.
Kim əsgərlərə müraciət edərək bunları deyib: “Ordumuz mükəmməl hazırlıq üçün döyüş təlimlərini durmadan intensivləşdirməlidir”.
Günay