\"Azərbaycan müharibə istəmir, lakin bəzi dövlətlər...\" - Politoloqdan AÇIQLAMA

\

“Ermənistanla Azərbaycan arasında müharibə ehtimalı aşağı səviyyədədir”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

 

Siyasi şərhçi bildirib ki, Azərbaycan və Ermənistan arasında bu il ərzində nə sülh müqaviləsi, nə də hərbi əməliyyatların olması gözlənilir:

 

"Bəzi dövlətlərin Azərbaycanın Ermənistana qarşı hərbi əməliyyatlar keçirməsində maraqlı olmalarına baxmayaraq, Azərbaycan müharibə istəmir. Bu dövlətlər Azərbaycana qarşı sanksiyalar və koalisiya formalaşdıraraq regionda öz dominantlıqlarını artırmaq istəyirlər.

 

M.Əsədullazadə vurğulayıb ki, Azərbaycan sülhə maraqlı olsa da, Ermənistanın mövqeyi əksinədir:

 

“Təbii ki, Azərbaycan Ermənistanla sülh danışıqlarında maraqlıdır. Sərhədlərin delimitasiyası və demarkasiyasında Ermənistan tərəfinin irəli sürdüyü şərtləri danışıqlar yolu ilə həll etməyə çalışır. Amma Ermənistan Cermux istiqamətində Azərbaycana qarşı əlavə iddialar irəli sürür və 31 kəndin nəzarətdə olduğunu vurğulayır.Ermənistan tərəfi təxribatlara meyillidir. Buna baxmayaraq, Ermənistan ordusu döyüş qabiliyyətində deyil və şərti sərhəddə hər iki tərəf eskalasiyadan yayınacaq”.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR