Əkrəm İmamoğlunun varidatı AÇIQLANDI: \"3 ev, bankda 274 min dollar pul, mağazalar...\"

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu və həyat yoldaşı Dilek Kaya İmamoğlu birlikdə sahib olduqları əmlakları bəyan ediblər.
Sfera.az xəbər verir ki, bəyana əsasən Əkrəm İmamoğlunun İstanbulda yerləşən Beylikdüzündə 2002-ci ildə alınan 2 mağazası, 2005-ci ildə təxminən 1 milyon lirəyə alınan evi, 2008-ci ildə Büyükçekmecedə alınan 2 mağazası, həmin ildə Beylikdüzündə alınan 2 torpaq sahəsi, 2016-cı ildə Çanaqqalada alınan ev və dam, 2017-ci ildə Balıkesirdə alınan torpaq, 2019-cu ildə Trabzonda alınan ofis, 2021-ci ildə Çanaqqalada alınan tarla, 2022-ci ildə Balıkesir Edremitdə alınan ev və torpaq sahəsi var.
Bunlardan başqa Əkrəm İmamoğlunun 1 silahı və bankda 8 milyon 728 min lirə (274 min dollar) dəyərində əmanəti mövcuddur.
Dilək İmamoğlu da çoxlu sayda əmlaka sahibdir. Xanım İmamoğlunun Beylikdüzündə 2002 və 2005-ci ildə əldə edilən dükanı və torpağı, 2019-cu ildə Bodrumda aldığı evi, Trabzonda 2023-cü ildə miras qalan fındıq bağı, dükanı, torpağı və evi var. Bunlarla bərabər Dilək İmamoğlu 2013-cü ildə alınan “Wolsvagen” cipinə və bankda saxlanılan 395 min 737 dollar və 52,01 qram qızıla sahibdir.
Xanım İmamoğlunun qızıl və ləl-cəvahiratları da var.
Onların siyahısı belədir: "8 brilyant dəst, 35 qızıl bilərzik, 68 cümhuriyyət və tam qızıl, 227 min lirə (7,13 min dollar) dəyərində müxtəlif qızıllar".
Vasif