Səfir Ukraynanı fəlakətə aparan ssenaridən DANIŞDI: \"Bunu yalnız ingilislər...\"

Səfir Ukraynanı fəlakətə aparan ssenaridən DANIŞDI: \

“Britaniya digər NATO üzvü olan ölkələrdən fərqli olaraq Ukrayna savaşına daha çox qarışıb”.

 

Sfera.az bildirir ki, bunu Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin “TASS”a açıqlamasında deyib. O, Ukraynada Britaniya hərbçilərinin olduğunu, orada xüsusi təyinatlılar və təlimatçıların təlim keçdiyini söyləyib.

 

“Biz bilirik ki, bu təlimatçılar əlavə olaraq xüsusi təyinatlıları və bir sıra digər bölmələri də hazırlayırlar. O da aydındır ki, uzaqmənzilli “Storm Shadow” raketlərinin buraxılması mütləq mütəxəssislərin iştirakını tələb edir və bu rolu yalnız ingilislər oynaya bilər. Çünki bu, çox mürəkkəb texnikadır və Ukrayna hərbçilərinin onu idarə edə biləcəyini təsəvvür etmək mümkün deyil. Yaxud onlar çox uzun müddət xüsusi təlim keçməlidirlər, bu da real deyil”, - səfir bildirib.

 

Böyük Britaniya hərbçilərinin kütləvi şəkildə Ukraynaya göndərilməsindən danışan Rusiya səfiri belə bir ssenarinin reallaşma ehtimalının olmadığını vurğulayıb:

 

“Geniş formatlı yerləşdirməyə gəlincə, burada rəsmilər belə planların olmadığını dəfələrlə təsdiqləyiblər. Məlumdur ki, fikir ayrılıqları olub və olacaq. Bəzi ölkələrin liderləri bir müddət başqalarından daha “döyüşkən” olmağa çalışırlar. Bir müddət əvvəl Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson bununla fərqlənirdi. İndi Fransa Prezidenti Emmanuel Makron bu rolu oynamağa çalışır”.

 

Rusiyalı diplomat bildirib ki, Qərbin hər hansı hərbi yardımı münaqişəni uzadır və Ukraynanı fəlakətli ssenariyə aparır:

 

“Bununla belə, gec-tez “döyüşkən” Qərb liderləri bu siyasətin yanlış olduğunu izah etməli olacaqlar. Onların bu vəziyyətdən necə çıxacaqları hələ də bəlli deyil”.

 

Günay


OXŞAR XƏBƏRLƏR