Prezidentin Təhlükəsizlik Xidməti ilə bağlı FƏRMAN

Prezidentin Təhlükəsizlik Xidməti ilə bağlı FƏRMAN

“Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəsmi emblemi haqqında Əsasnamə” təsdiq edilib.

 

Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

 

Fərmana əsasən, “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəsmi embleminin təsviri” təsdiq edilib.

 

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin (bundan sonra – Xidmət) rəsmi emblemi Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın rəmzidir. O, Xidmətin hər bir əməkdaşına Xidmətin fəaliyyət istiqamətlərinə uyğun məsələlər üzrə öz xidməti vəzifələrini vicdanla və layiqincə yerinə yetirmək borcunu xatırladır.

 

Xidmətin rəsmi emblemi Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın əməkdaşlarının, həmçinin silah, xüsusi vasitə, texnika və digər əmlakın Xidmətə mənsubiyyətini bildirən nişandır.

 

Xidmətin rəsmi emblemi onun hərbi qulluqçularının geyim formasında və fərqlənmə nişanlarında yerləşdirilir. Xidmətin rəsmi emblemi onun blanklarında və inzibati binalarının adı göstərilən lövhələrində də yerləşdirilə bilər.

 

Xidmətin rəsmi embleminin təsvirindən istifadəyə aşağıdakı hallarda yol verilir:

 

Xidmətin çap məhsullarında, kino, video və fotomateriallarında;

 

Qeyd olunub ki, Xidmətin sifarişi ilə hazırlanan reklam-informasiya məhsullarında (bukletlər, təqvimlər, nişanlar, vımpellər, saatlar, medalyonlar, dəftərxana ləvazimatları, suvenirlər və digər məhsullar).

 

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəsmi emblemi qızılı haşiyəli qara dairə formasındadır. Dairənin kənarında qövs boyunca qızılı hərflərlə yuxarıda “AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN”, aşağıda “TƏHLÜKƏSİZLİK XİDMƏTİ” sözləri yazılmışdır. “AZƏRBAYCAN” sözündən əvvəl və “PREZİDENTİNİN” sözündən sonra qızılı rəngdə səkkizguşəli ulduz təsvir edilmişdir.

 

Dairənin mərkəzində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri verilmişdir. Həmin təsvirin sol və sağ tərəflərində iti ucları aşağıda bir-biri ilə birləşən və kəsici tərəfləri dairənin kənarına baxan qızılı rəngdə iki ədəd qılınc yerləşir (rəsmi emblemin şəkli əlavə edilir).


OXŞAR XƏBƏRLƏR

Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Ağdam rayonunun...

Sumqayıtda avtobus avtomobillə toqquşub, dörd nəfər xəsarət alıb

Sumqayıt şəhərində sərnişin avtobusu minik avtomobil ilə toqquşub, 4 nəfər xəsarət alıb.   Sfera.az məlumat verir ki, hadisə Bakı küçəsində qeydə alı...

Bayden xərçəngə tutulmasından danışd

Xəbər verdiyimiz kimi, ABŞ-nin keçmiş Prezidenti Co Baydenə prostat xərçəngi diaqnozu qoyulub.   Sfera.az-ın məlumatına görə, o, bu xəbərdən sonra &l...

Müğənni Mirkamil əməliyyat olundu

Uzun zamandır ürəyində problem olan gənc müğənni Mirkamil Kamilov bu gün əməliyyat olub.   Sfera.az Azxeber.com-a istinadla xəbər verir ki, Mirkamili...

Əminə Bakıda belə qarşılandı - VİDEO

İtaliyanın Peruca şəhərində keçirilən dünya çempionatında yüksək nəticələr əldə edən kunq-fu üzrə Azərbaycan millisinin üzvləri Vətənə qayıdıblar.   ...

Kraliça Mari Antuanettanın bir tutam saçı hərracda fanastik qiymətə alınıb

Kraliça Mari Antuanettanın şüşə altındakı mis medalyonda bir tutam boz saçı 7500 avroya satılıb. Rəvayətə görə, Fransanın son kraliçası 1793-cü ildə gilyotinlə ...