Muxtar Babayev Yeni Zelandiya səfiri ilə COP29-a hazırlığı MÜZAKİRƏ ETDİ

Kateqoriya məlum deyil
T
Yeni Zelandiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zoe Daun Kolson-Sinkler ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Bu barədə Sfera.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri müzakirə olunub və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.






