\"Qərbin Moskvadakı səfirləri Rusiyanın daxili işlərinə qarışır\" - Zaxarova

\

“Qərbin Moskvadakı səfirləri Rusiyanın daxili işlərinə qarışmaq planlarının bir hissəsi kimi “tamaşalar” nümayiş etdirirlər”.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

 

"Onlar, yəni Qərbin, NATO ölkələrinin səfirlərini nəzərdə tuturam, bütün vaxtlarını yalnız bir işə sərf edirlər. Birincisi, ölkəmizin daxili işlərinə qarışırlar. İkincisi, sözün əsl mənasında tamaşalar hazırlayırlar ki, onların da bir məqsədi var”, - Zaxarova bildirib.

 

Xatırladaq ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Aİ səfirlərini Rusiyada qarşıdan gələn prezident seçkiləri ərəfəsində vəziyyətə aydınlıq gətirmək üçün görüşə dəvət etdiyini, lakin onların tədbirə cəmi iki gün qalmış iştirakdan imtina etdiklərini bildirib. Baş diplomat onu da bildirib ki, Aİ-nin Moskvadakı səfirliklərinin müxalifətə dəstək mexanizmləri hazırladığına dair məlumatlar var.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR