“Biz KTMT-dən çıxmamışıq, bu...\" - Asryan Paşinyana qarşı çıxır?
Ermənistan Silahlı Qüvvələrinin (SQ) Baş Qərargah rəisi Edvard Asryan KTMT ilə bağlı açıqlama verib.
Sfera.az xəbər verir ki, onun sözlərini TASS sitat gətirib.
“Biz hələ KTMT-dən çıxmamışıq, bu qərarın mümkün nəticələri dövlət sirridir. ”, - deyə Asryan Təşkilatı tərk etməyin fəsadları ilə bağlı sualı cavablandırıb.
O, Rusiyadan silah tədarükü ilə bağlı sualları şərh etməyib və bu məlumatların həm də dövlət sirri olduğunu vurğulayıb.
Fevralın 28-də Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin KTMT-də de-yure iştirakının dondurulmasının mümkünlüyünü açıqlayıb.
Martın 2-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkənin Rusiyadan asılılığını "strateji səhv" adlandırıb.
Rusiya Xarici İşlər Nazirliyi Ermənistanla münasibətlərə yenidən baxılacağını açıqlayıb.
Əzizə Zeynal