\"Səlahiyyətli qurumlar məsələyə daha həssas yanaşmalıdırlar\" - Səbinə Əliyeva
Ombudsman Səbinə Əliyeva deputatların məruzə ilə bağlı suallarını cavablandırıb.
Sfera.az xəbər verir ki, Milli Məclisin 5 mart 2024-cü il tarixli iclasında Ombudsman Səbinə Əliyeva bildirib ki, bütün təkliflər nəzərə alınacaq:
“Vüqar Bayramovun sualına cavab olaraq bildirmək istəyirəm ki, məruzə beynəlxalq təcrübəyə əsaslanaraq və Konstitusiya qanunlarına uyğun hazırlanıb. Ombudsman olaraq qurumlarla məsləhətləşmə aparsaq, bu, Ombusmanın müstəqilliyi məsələsinə çox böyük sual doğuracaqdır. Məruzədə yer alan təkliflər dövlətimizin maliyyə yükü nəzərə alınmaqla tərtib edilib. Eyni zamanda, çox sevindirici haldır ki, irəli sürdüyümüz təkliflərin 16-sı qəbulu zəruri olan köhnə və 60-ı isə yenidir.
Qüdrət Həsənquliyevə cavab olaraq bildirirəm ki, ölkə vətəndaşlarının mülkiyyət hüququ ən ali səviyyədə təmin olunmalıdır. Ölkəmizdə hüquq müdafiə sistemləri mövcuddur. Sadəcə bu sahəyə nəzarəti həyata keçirən səlayiyyətli qurumlar məsələyə daha həssas yanaşmalıdırlar.
Əli Məsimlinin fikirlərini də nəzərə alacağıq.
Mən hər zaman deputatlarla görüşdə onları bizim təchizata dəvət edirəm. Bu il də şad olarıq ki, millət vəkilləri dəyərli zamanlarından ayırıb gələ, müzakirələr edək. Bütün təklifləri nəzərə alacağıq”, - Ombudsman qeyd edib.
Firuzə Əliyeva