MM-də müharibə veteranlarının müavinətlərinin artırılması MÜZAKİRƏ OLUNDU
“Ombudsmanın məruzəsi kifayət qədər əhatəli və sistemlidir”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin 5 mart 2024-cü il tarixli iclasında deputat Əli Məsimli deyib .
“Hazırki reallıqlar çərçivəsində müəyyən işlərin görülməsi bu məruzəni müsbət qiymətləndirməyə imkan verir. 76 təklif irəli sürülüb. Məruzədə mövcud problemlərin faktlara əsaslanaraq təqdim olunması mülki, mənzil, təhsil və bu kimi sahələrdə nə kimi məsələlərin olduğunu göstərir. Müraciətlərin xeyli hissəsi deputatlara olunan müraciətlərlə üst-üstə düşür. Şəhid ailələrinin, müharibə veteranlarının hüquqlarının müdafiəsi təklifini yüksək qiymətləndiririk. Minimum əməkhaqqı, müavinətlərin artırılması sahəsində addımlar atılır. Müharibə veteranlarının 80 manatlıq müavinətlərinin artırılmasını da müsbət hesab edirik. Bakı şəhəri Nərimanov rayonunda yaşayan Abdullayev Fərman tərəfindən bizə daxil olan müraciətdə qeyd edilib ki, hazırda yaşadığı ev 1978-ci ildə təhvil verilib və sakinlər hələ də burada yaşayır. 2011-ci ildə isə yaxınlıqda 16 mərtəbəli bina tikilib və oraya da eyni ünvan qeyd olunub. Buna görə də seçki bülletenləri, təcili tibbi yardım səhv gedir, ev alqı-satqısında problem yaşayırlar. Bu məsələyə də baxılmasını xahiş edirəm”.
Firuzə Əliyeva