"Bu, bizim ölkədə də tətbiq oluna bilər" - Vüqar Bayramov

“Prezident İlham Əliyevin siyasətinin əsas hədəflərindən biri insan hüquqlarının qorunmasıdır”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin 5 mart 2024-cü il tarixli iclasında deputat Vüqar Bayramov deyib.

 

“2023-cü il bu sahədə bazanın möhkəmlənməsi kimi yadda qaldı. Ombudsman Səbinə Əliyevanın təqdim etdiyi hesabatın strukturunun təkmilləşdirilməsi daha məqsədəuyğun olardı. Bəzi ölkələrdə hesabatın fərqli sektorlar üzrə hazırlanıb təqdim olunması praktikası var. Bizim ölkədə də tətbiq oluna bilər. Giriş sözündən sonra, xülasənin də əlavə olunması məqsədəuyğun olardı. Eyni zamanda, illər üzrə statistik məlumatların təqdimatı nisbətən azdır, sadəcə əlavədə 4 qrafik və cədvəl təqdim olunur. Kifayət qədər çox təklif var. Sualım ondan ibarətdir ki, təkliflər hazırlanarkən onlara uyğun idarələrin maliyyə yükünün hesablanması aparılıbmı? Bəzi təkliflər isə əvvəlki illərdə təqdim olunub, lakin qəbul olunmayıb. Bunun səbəbi nədir? Ümumilikdə, hesabatı dəstəkləyirəm”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR