"Heç bir cəhd buna mane ola bilməyəcək" - Kamal Cəfərov

“Avropa Parlamenti tərəfindən qəbul edilən qətnamədə, 2023-cü ildə keçirdiyimiz lokal xaraketrli antiterror əməliyyatı təhrif edilib”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin 5 mart 2024-cü il tarixli iclasında deputat Kamal Cəfərov deyib .
“Bütün bunlar bir daha təsdiq edir ki, bəzi qurum və ölkələr regionda sülh istəmir. Qərbin məqsədi Azərbaycanı qarşısına qoyduğu xarici siyasətdən yayındırmaqdır. Ermənistanla sülh müqaviləsinin imzalanmasına təşəbbüs göstərən də bizik. Erməni xalqının ağlı olsa, bu hadisələrdən özünü qoruyar. Biz fəaliyyətimizi öz gündəliyimizə uyğun qurmuşuq. Heç bir cəhd buna mane ola bilməyəcək. Qarşılarında 32 il əvvəlki Azərbaycan yoxdur, bu gün Azərbaycan heç olmadığı qədər güclü və müstəqildir. Əgər sülh müqaviləsi imzalanacaqsa, buna da İlham Əliyev nail olacaq”, - Millət vəkili qeyd edib.
Firuzə Əliyeva






