Stalinin nəvəsindən Lavrova BMT ilə bağlı ÇAĞIRIŞ

İosif Stalinin nəvəsi, rəssam Səlim Bensaad Rusiya xarici işlər naziri rəhbəri Sergey Lavrova açıq məktubla müraciət edərək, Birləşmiş Millətlər Təşkilatının (BMT) buraxılmalı olduğunu deyib.
Sfera.az xəbər verir ki, Bensaad vurğulayıb ki, onun fikrincə, BMT soyqırımının qarşısının alınması ilə bağlı məsələlərin öhdəsindən gəlmir və ikili standartlar siyasəti tətbiq edir.
Bundan əvvəl Rusiyanın BMT-dəki nümayəndəsi Gennadi Qatilov vurğulayıb ki, BMT islahatı müasir çağırışlara effektiv cavab verə bilməsi üçün çoxqütblülük prinsipinə əsaslanmalıdır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə müasir tələblərə cavab verməyən beynəlxalq idarəetmədə islahatların aparılmasının zəruriliyini qeyd edib. O həmçinin vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının tərkibini Asiya, Afrika və Latın Amerikası ölkələrini daxil etməklə genişləndirmək lazımdır .
Əzizə Zeynal