“Ermənistanın silahlandırılması regionda və dünyada sabitliyi əlçatmaz edir” - AÇIQLAMA 

“Ermənistanın silahlandırılması regionda və dünyada sabitliyi əlçatmaz edir” - AÇIQLAMA 

Dünyanın belə gərgin məqamında münasibətlərin müharibələr yolu ilə deyil, diplomatik danışıqlar vasitəsilə həll edilməsi çox zəruridir. Məhz münasibətlərin bu qədər gərginləşdiyi dövrdə III Antalya Diplomatiya Forumu keçirilib. Türkiyənin ev sahibliyi ilə təşkil olunan foruma 148 ölkədən 4700 nəfər qatılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirli bildirib.

 

“Tədbirin miqyasına, aparılan müzakirələrin zəruriliyinə nəzər salanda dünyanın hansı təlatümlərlə üzləşdiyini aydın görürük. Müxtəlif ölkələrdən olan iştirakçılar dərinləşən gərginliklərin, davam edən münaqişələrin yaratdığı fəlakətlərin fərqindədirlər".

 

Ə. Baydəmirli qeyd edib ki, hazırkı məqamda Azərbaycanın və Türkiyənin ortaya qoyduğu iqtisadi əməkdaşlıq mexanizmi regiona sabitlik, inkişaf gətirə bilər.

 

“Diplomatiyanın da mahiyyətində sabitliyə, iqtisadi inkişafa nail olmaq dayanır. Bu gün Fransa və digər dövlətlər tərəfindən Ermənistanın silahlandırılması regionda və dünyada sabitliyi əlçatmaz edir. Yeni münaqişə ocağının yaranmasına rəvac verir. Demokratiyadan yekə-yekə danışan Qərb silahlanmanın ağır nəticələrini düşünməlidir. III Antalya Forumunda bu və digər məqamlarla bağlı, dünyanı təqib edən təhlükələrdən xilas yolunun tapılması üçün müzakirələr aparılıb. Müxtəlif ölkələrdən foruma qatılan qonaqların çıxışı sabitlik, sülhə çağırış, iqtisadi inkişaf istiqamətləri, əməkdaşlıq və s. mövzuları əhatə edib. Güman etmək olar ki, belə mötəbər toplantıların effekti olacaq. Siyasi dairələr reallığı dərk edib nəticə çıxaracaqlar”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Mövsümün ən yaxşı baş məşqçisi kim olacaq?

İngiltərə Premyer Liqası 2024/25 mövsümünün ən yaxşı baş məşqçisi adına namizədlərin siyahısını açıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə turni...

Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı

Ötən ilin oktyabrından Bakıda itkin düşmüş şəxs kimi axtarılan şəxs tapılıb.   DİN-in Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, itkin kimi axtarı...

Bu bürclər pulu maqnit kimi özünə çəkəcək - YAXIN GÜNLƏRDƏ!

Ulduzlar bəzi bürclərin həyatında maliyyə baxımından uğurlu günlərin yaxınlaşdığını xəbər verir.   5 bürc yaxın günlərdə bolluq və rifahla qarşılaşa ...

Azərbaycanda bu məhsulun satışı qadağan edildi

"Vakuumlu qanalma iynəsi (kəpənək) 23G" ticarət adlı tibb vasitəsinin bir seriyası geri çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Səh...

Tanınmış ilahiyyatçıdan valideynlərə ÇAĞIRIŞ: Oğlan övladlarınızı sünnət

Dini mövzularda fərqli fikirləri cəmiyyət tərəfindən çox vaxt birmənalı qarşılanmayan ilahiyyatçı Elşad Miri bu dəfə sünnətlə bağlı açıqlaması ilə qalmaqal yara...

Bir neçə ay komada qalan tələbə vəfat etdi

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin tələbəsi vəfat edib.   Sfera.az “Unikal”a istinadən bildirir ki...