“Hər ay aldığın 8 min manatdan utan”
Sabiq millət vəkili Etibar Hüseynov VHP sədri, millət vəkili Tahir Kərimli ilə bağlı tənqidi sözlər işlədib.
AZXEBER.COM xəbər verir ki, keçmiş deputat sosial şəbəkədəki səhifəsində maaşından şikayət edən deputatlardan danışaraq Tahir Kərimlinin hər ay büdcədən 8 min manat aldığını deyib:
"Tahir Kərimli deyir :-"Maaş alanda utanıram ki, müəllimlər, həkimlər 300-400 man alır, amma mən 1750 mananat”. Əvvəla,1750 deyil, 2200 mananatdır. Digər tərəfdənsə mən insanlardakı bu eybəcər pafos və riyakarlığı anlaya bilmirəm. Sən halal maaşından niye utanmalısan ki? Belə utanansansa, 8 nəfər üzvü olmayan partiyana görə, hər ay büdcədən aldığın 8000 manata görə utan da”.
Qeyd edək ki, bəzi millət vəkilləri son günlər mətbuata verdikləri açıqlamalarda maaşlarından utandıqlarını və dolana bilmədiklərini söyləyiblər. Onlar aldıqları 1750 və 2200 manatlıq məvaciblərin azlığından şikayətləniblər.