Bolqar spiker: "Azərbaycanla münasibətlərimiz strateji tərəfdaşlıq zəminində inkişaf edir"

Kateqoriya məlum deyil
T
Azərbaycanla Bolqarıstan arasında münasibətlər strateji tərəfdaşlıq zəminində inkişaf edir.
Sfera.az xəbər verir ki, bunu Bolqarıstan Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkov martın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
R.D.Jelyazkov iki ölkənin parlament nümayəndə heyətlərinin beynəlxalq təsisatlarda əməkdaşlığını qeyd edib.
O, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərinə toxunub. Qonaq Azərbaycanın COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb və zəngin qazıntı yanacaq resurslarına sahib olmasına baxmayaraq, Azərbaycan tərəfindən yaşıl və bərpaolunan enerji sahəsində həyata keçirilən layihələrin önəmini vurğulayıb.






