Ceyhun Bayramov: "TDT dünyanın diqqətini çəkir"

Ceyhun Bayramov: "TDT dünyanın diqqətini çəkir"
Kateqoriya məlum deyil
T

Türkiyənin dünya diplomatiyasındakı yeri bütün türk dünyası üçün qürur mənbəyidir.

 

Sfera.az xəbər verir ki, bunu Antalya Diplomatiya Forumu çərçivəsindı “Türk Dünyasında İnstitusionallaşma: 21-ci Əsrdə Türk Dövlətləri Təşkilatı” adlı paneldə çıxışı zamanı Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.

 

O bildirib ki, 2 həftə əvvəl Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri tarixi hadisədir: “Çünki seçkilər ilk dəfə olaraq işğaldan azad edilmiş ərazidə keçirildi. Azərbaycan Prezidenti andiçmə mərasimində TDT-nin ailəmiz olduğunu bildirdi”.

 

C.Bayramov qeyd edib ki, TDT bu gün bütün dünyanın diqqətini çəkir: "Bu, bizim üçün qürur mənbəyidir".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR