Rusiya kosmosa nüvə silahı yerləşdirir? – Putin AÇIQLADI 

Rusiya kosmosa nüvə silahı yerləşdirir? – Putin AÇIQLADI 

“Rusiya kosmosda nüvə silahı yerləşdirməyi planlaşdırmır”.

 

Sfera.az bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında deyib. O qeyd edib ki, Qərbin bu istiqamətdə iddiaları əsassızdır və artıq müzakirə olunub.

 

“Mən “guya” deyirəm, çünki artıq dediyim kimi, bizim belə planlarımız yoxdur”, - o bildirib.

 

Bununla belə, Putin qeyd edib ki, kosmos məsələləri və kosmik sferada yarana biləcək təhlükələrin neytrallaşdırılması daim hakimiyyətin diqqətində olmalıdır.

 

“Gəlin bu gün bu barədə danışaq”, - dövlət başçısı müşavirəni açaraq təklif edib.

 

Bundan sonra o, sözü müdafiə naziri Sergey Şoyquya verib. İclasda həmçinin, baş nazir Mixail Mişustin, parlamentin hər iki palatasının sədrləri Valentina Matvienko və Vyaçeslav Volodin, Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev, Rusiya Prezidenti Administrasiyasının rəhbəri Anton Vayno, daxili işlər naziri Vladimir Kolokoltsev, FSB-nin direktoru, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin və.s iştirak ediblər.

 

Günay


OXŞAR XƏBƏRLƏR