Ermənistanda Rusiya hərbçilərinin \"Zvartnots\" hava limanından çıxarılması MÜZAKİRƏ OLUNUR 

Ermənistanda Rusiya hərbçilərinin \

Ermənistan hakimiyyəti Rusiya sərhəd xidməti zabitlərinin Zvartnots beynəlxalq hava limanından çıxarılması məsələsini müzakirə etməyə başlayıb.

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan parlamentindəki hakim “Mülki müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan bildirib.

 

“Bu məsələ həm bizi, həm də cəmiyyətimizin əksəriyyətini narahat edir. Partiyamız daxilində müzakirələr gedir, lakin hələlik heç bir qərar yoxdur”, - Hovhannisyan məsələyə aydınlıq gətirib.

 

Rusiya sərhədçilərinin Zvartnotsdan çıxarılması ehtimalını fraksiyanın digər deputatı Vladimir Vardanyan da şərh edib. O qeyd edib ki, ölkənin hava sərhədləri Ermənistan silahlı qüvvələri tərəfindən qorunmalıdır.

 

Fevralın 27-də Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan bildirib ki, rus sərhədçiləri Zvartnots hava limanını tərk etməlidirlər. O, Rusiya FSB zabitlərinin Ermənistanın sərhədlərini qoruyacağına şübhə edib.

 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova buna cavab kimi bildirib ki, Rusiya sərhədçilərinin çıxarılması ilə bağlı rəsmi müraciət almayıb. O həmçinin əlavə edib ki, bu, rəsmi İrəvan nümayəndələrinin dost olmayan davranışının növbəti nümunəsidir.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR