İran və Türkiyə XİN başçıları arasında telefon danışığı: Bu məsələlər müzakirə olundu
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və türkiyəli həmkarı Hakan Fidan arasında ötən gün telefon danışığı olub.
Sfera.az İran mətbuatına istinadən xəbər verir ki, tərəflər Fələstindəki son hadisələr də daxil olmaqla, bir sıra ikitərəfli, regional və beynəlxalq məsələlər barədə müzakirələr aparıblar.
İranın xarici işlər naziri Qəzza böhranı ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin nazirlər toplantısına işarə edərək real nəticələrin əldə ediləcəyinə ümid etdiyini bildirib.
O həmçinin İran prezidenti İbrahim Rəisinin yanvar ayında Türkiyəyə etdiyi rəsmi səfər zamanı əldə olunmuş ikitərəfli razılaşmalara toxunaraq, sazişlərin həyata keçirilməsi üçün daim qarşılıqlı səylərin göstərilməsinin vacibliyini vurğulayıb.
Fidan isə öz növbəsində İran prezidentinin Ankaraya səfərindən sonra Türkiyənin İranla əməkdaşlığı inkişaf etdirmək istədiyini bildirib.
Əzizə