BQXK Azərbaycan hərbçisinin saxlanılması ilə bağlı dialoq aparır

Kateqoriya məlum deyil
T
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı ofisi Azərbaycan hərbçisinin saxlanılması ilə bağlı aidiyyəti orqanlarla konfidensial ikitərəfli dialoq apardığını açıqlayıb.
Sfera.az xəbər verir ki, bu barədə BQXK-nin Bakı ofisinin "X" hesabında paylaşım edilib.
"Mandatına uyğun olaraq, BQXK saxlanılan şəxslərə rəftar və saxlanma şəraitinə nəzarət etmək və həmin şəxslərin ailələri ilə əlaqə saxlamalarına dəstək olmaq üçün onlara baş çəkir",-deyə əlavə edilib.






