Putinin YENİ REKORDU: 2 saat 6 dəqiqəlik çıxış – Nələrdən danışdı? 

Putinin YENİ REKORDU: 2 saat 6 dəqiqəlik çıxış – Nələrdən danışdı? 

Rusiya Prezidenti Vladimir Putin xalqa ən uzun müraciətini edib.

 

Sfera.az bildirir ki, o, bu gün Federal Məclisdə çıxışı zamanı 2 saat 6 dəqiqə danışıb. Bu müddət ərzində dövlət başçısı Rusiya Federasiyasının sosial-iqtisadi inkişafının əsas göstəriciləri və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

 

 Putin “Ailə”, “Uzun və aktiv həyat”, “Rusiya gəncləri”, “Kadrlar” və “Məlumat iqtisadiyyatı” adlı yeni milli layihələrin başlanması da daxil olmaqla bir sıra mühüm bəyanatlar verib.

 

Bundan əlavə, prezident güzəştli ailə ipoteka proqramının 2030-cu ilə qədər uzadılması, vergi sisteminin müasirləşdirilməsi, qəzalı mənzillərin köçürülməsi üçün yeni proqramın hazırlanıb işə salınması barədə göstəriş verdiyini, müharibə iştirakçıları üçün bir sıra regionlarda güzəştli ipoteka elan etdiyini əlavə edib.

 

Qeyd edək ki, Rusiya tarixində xalqa ən uzun müraciət (115 dəqiqə) 2018-ci ildə yenə Putin tərəfindən edilmişdi. Onun müraciətləri orta hesabla 70 dəqiqə davam edib. Ən qısa müraciətlər isə 2004 və 2005-ci illərdə edilib, hər ikisi 48 dəqiqə davam edib.

 

Günay


OXŞAR XƏBƏRLƏR