Britaniya MN: "Rusiya ordusu Ukraynada irəliləyib"

Britaniya MN: "Rusiya ordusu Ukraynada irəliləyib"
Kateqoriya məlum deyil
T

Ukraynanın Avdeyevka şəhərinin qərbindəki ərazi Rusiya ordusunun hücum mərkəzi olaraq qalır.

 

Sfera.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

 

“Rusiya fevralın 17-də şəhəri ələ keçirib və o vaxtdan şəhərin mərkəzindən təxminən 6 km irəliləyib. Rusiya Federasiyası demək olar ki, ərazidəki bir neçə kəndi nəzarətə götürüb”, - məlumatda qeyd edilib.

 

Bildirilib ki, bu taktiki nailiyyətlər ilk növbədə Rusiyanın Avdeyevka ətrafında mövqelərini möhkəmləndirməyə xidmət edir.

 

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR