Pərviz Şahbazov: “TAP ilə Avropaya 33 milyard kubmetrdən çox qaz nəql olunub” - YENİLƏNDİ

Pərviz Şahbazov: “TAP ilə Avropaya 33 milyard kubmetrdən çox qaz nəql olunub” - YENİLƏNDİ
Kateqoriya məlum deyil
T

Trans-Adriatik Boru Kəməri (TAP) əlavə tədarük üçün 2025-ci ilin sonuna hazır olacaq, İtaliyaya 1 milyard kubmetr, Albaniyaya isə 200 milyon kubmetr qaz nəql ediləcək.

 

Sfera.az-ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 2-ci iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov TAP-ın icraçı direktoru Luka Skyepatti ilə görüşündə bildirilib.

 

Görüşdə TAP-ın 2026-cı ildən etibarən əlavə olaraq 1,2 milyard kubmetr genişləndirilməsinin birinci mərhələsi üzrə görülən işlər, növbəti genişlənmə üçün aparılan bazar sınaqlarının gedişatı, regional qaz təchizatı infrastrukturlarının inkişafına dair müzakirələr aparılıb.

 

TAP-ın İtaliya da daxil Avropa ölkələrinin qaza tələbatının əhəmiyyətli hissəsini qarşıladığını vurğulayan L. Skyepatti Azərbaycan qazının enerji təhlükəsizliyində mühüm rol oynadığını qeyd edib.

 

Görüşdə karbon neytrallığının əldə olunması məqsədilə Yunanıstan və Albaniyada yerləşən kompressor stansiyalarının elektrikləşdirilməsi, həmçinin boru kəmərinin ötürücülük gücünün artırılması çərçivəsində hidrogen və digər bərpa olunan qazların tədarükü perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

 

***

 

14:08

 

Azərbaycan kommersiya qazının Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) ilə indiyə qədər Avropaya 33 milyard kubmetrdən çox qaz nəql olunub.

 

Sfera.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

 

“TAP-ın icraçı direktoru Luka Şippati (Luca Schieppati) ilə boru kəmərinin mərhələli genişlənməsi, hidrogen, bərpa olunan qazların tədarükü, karbon neytallığına nail olunması ilə bağlı həyata keçirilən prosesləri dəyərləndirdik”, - deyə nazir bildirib.

 

Qeyd edək ki, Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir və 2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.

 

TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR