Putin bu gün Rusiya xalqına MÜRACİƏT EDƏCƏK

Putin bu gün Rusiya xalqına MÜRACİƏT EDƏCƏK

Vladimir Putin bu gün Rusiya xalqına müraciət edəcək.

 

Sfera.az xəbər verir ki, müraciətin əsas mövzuları  ənənəvi olaraq əvvəlcədən ictimaiyyətə açıqlanmayıb. 

 

Bununla belə, Putin bildirib ki, daxili siyasi təqvimi nəzərə alaraq qarşıdakı altı il üçün əsas vəzifələri müəyyənləşdirəcək.

 

Dmitri Peskovun sözlərinə görə, Putin müraciətin mətni üzərində şəxsən işləyib. Dövlət başçısı nazirlər, baş nazirin müavinləri və digər hökumət rəsmiləri ilə telefonla və üzbəüz əlaqə saxlayıb. Müraciət federal televiziya kanallarında və böyük şəhərlərdə açıq ekranlarda canlı yayımlanacaq.

 

Müraciət mərasiminə 1000-ə yaxın insan dəvət olunub. Onların arasında Rusiya parlamentinin hər iki palatasının üzvləri, hökumət və prezident administrasiyasının rəsmiləri, Konstitusiya və Ali Məhkəmə rəhbərlikləri, Dövlət Şurasının və İctimai Palatanın üzvləri, qubernatorlar, dini qurumların nümayəndələri, diplomatlar, jurnalistlər, xüsusi hərbi əməliyyatın iştirakçıları var.

 

Qeyd edək ki, Rusiya tarixində xalqa ən uzun müraciət (115 dəqiqə) 2018-ci ildə Putin tərəfindən edilib. Putinin müraciətləri orta hesabla 70 dəqiqə davam edib. Ən qısa müraciətlər isə 2004 və 2005-ci illərdə edilib, hər ikisi 48 dəqiqə davam edib.

 


Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR

Ermənistanda deputatın oğlu saxlanıldı

Ermənistanda hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılan Daşnaksütyun partiyasının üzvləri İrəvan İstintaq İdarəsinə aparılıb....

Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - VİDEO

"Həyat yoldaşı 20 yaşlı qadını pəncərədən ataraq qətlə yetirib".   Sfera.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu iddiaları...

Yalnız bundan sonra Putinlə görüşə bilərəm - Zelenski

Moskva və Kiyev İstanbul razılaşmalarına uyğun olaraq hərbi əsirlərin və hərbçilərin cəsədlərinin mübadiləsindən sonra Rusiya və Ukrayna prezidentləri - Vladimi...

Rusiyadan Azərbaycana daha bir QADAĞA

İyulun 5-də Azərbaycandan Krasnodar şəhərindəki müvəqqəti saxlanc anbarına daxil olan, ümumi həcmi 18 ton olan təzə şaftalı və nektarin 2 partiyasında karantin ...

ABŞ rəsmisindən Əbu-Dabi görüşünə REAKSİYA

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.   Sfera.az  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Tem...

Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...