Zurabişvilidən Saakaşvilinin azad edilməsi ilə bağlı AÇIQLAMA: \"Özüm bilərəm...\" 

Zurabişvilidən Saakaşvilinin azad edilməsi ilə bağlı AÇIQLAMA: \

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin əfv olunması məsələsi yalnız dövlət başçısının səlahiyyətindədir və bu qərara heç kim təsir edə bilməz.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili bildirib.

 

Zurabişvili Londonda "Chatham House" beyin mərkəzində keçirilən tədbirdə bəyanat verib.  Onun sözlərinə görə, Gürcüstanda ədalətli və azad parlament seçkilərinin keçirilməsi eks-prezidentin harada yerləşməsindən asılı deyil.

 

“Bu, özüm verəcəyim və buna görə özüm cavabdeh olacağım mənəvi bir qərardır. Bu, xarici və ya daxili təzyiqin təsir edə biləcəyi məsələ deyil”, - Gürcüstan prezidenti bildirib.

 

O, Saakaşvilinin sağlamlıq vəziyyətini nəzərə alacağını vurğulayıb. Zurabişvili Ukrayna Ali Radasının siyasətçinin azadlığa buraxılması və onun ekstradisiyasına hazır olması ilə bağlı müraciətini də xatırladıb.

 

Qeyd edək ki, 2023-cü ilin noyabrında Saakaşvili məhkəmə iclasında Zurabişvilini onu əfv etməyə və bununla da “ölkədə siyasi tarazlığı bərpa etməyə” çağırıb.

 

Gürcüstanın keçmiş lideri 2007-ci ildə etirazları dağıtmaqda və büdcə vəsaitlərini mənimsəməkdə ittiham olunur.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Milli Məclisin deputatları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Bu gün Milli Məclisin bir qrup deputatı Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər. Deputatlar dahi ...

Bu gün Ukraynada Avropa liderləri toplantı keçirəcək

Bu gün Ukraynaya kömək etmək istəyən ölkələr toplantı keçirəcək.   Sfera.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.   ...

Nazir AZAL-ın təyyarəsinin vurulmasından danışdı

AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Rusiyanın istintaqının başa çatmasını gözləyirik.   Sfera.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici...

"Avropanın səhvləri münaqişəni uzadır" - Macarıstan XİN

"Avropa liderləri münaqişənin həlli ilə bağlı səhv strategiyaya görə məsuliyyət daşıyacaqlarından narahat olduqları üçün Ukraynada sülhün bağlanması anını ...

“WhatsApp”da bu mesaja cavab verməyin - Yeni dələduzluq üsulu yayılıb

“WhatsApp”, istifadəçiləri yeni bir dələduzluq üsulu barədə xəbərdar edib. Xəbərdaqlıqda qeyd edilir ki, tanıdığınız bir şəxsdən gələn “Salam,...

Tanınmış analitik canlı yayımda huşunu itirdi - VİDEO

ABŞ-nin tanınmış siyasi analitiki və Donald Tramp administrasiyası rəsmisi Kamrin Kinsi, “Fox News @ Night” proqramında canlı yayım zamanı qəfildən ...