“44 günlük Vətən müharibəsindəki qələbə birliyimizin rəmzidir” - ŞƏRH

“44 günlük Vətən müharibəsindəki qələbə birliyimizin rəmzidir” - ŞƏRH

44 günlük Vətən müharibəsində qazandığımız qələbə dövlətimizin gücünü, xalqımızın əzmini, Prezident İlham Əliyevin siyasi əqidəsini, qəhrəman əsgərlərimizin qüdrətini bütün dünyaya nümayiş etdirib. Azərbaycan bu qələbə ilə tarixi ədaləti və ərazi bütövlüyünü bərpa edib.

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

 

Onun sözlərinə görə, Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbə ilə inkişafın, tərəqqinin yeni mərhələsinə qədəm qoyub:

 

“Vətən müharibəsinin parlaq nəticəsi bütün dünyaya bir daha sübut etdi ki, ölkəmizdə xalq-iqtidar birliyi sarsılmazdır, Azərbaycanda yaşayan bütün xalqlar və millətlər vətənin dar günündə bir yumruq kimi birləşib mənfur düşmənin başını əzə bilirlər. "Dəmir yumruq" xalqımızın həm gücünün, həm də birliyinin rəmzidir”.

 

Deputat qeyd edib ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini dəfələrlə kobud şəkildə pozub.

 

“ 2020-ci il 27 sentyabr - 10 noyabr tarixləri ərzində Ermənistan Silahlı Qüvvələri tərəfindən azərbaycanlı dinc əhalinin sıx yaşadığı rayon və şəhərlərin ərazisinə 30 minə yaxın mərmi və 227 raket atılıb. Döyüş meydanında məğlub olan Ermənistan davamlı olaraq Gəncəyə, Mingəçevirə, Tərtərə, Bərdəyə, Qəbələyə və digər yaşayış məntəqələrinə raket hücumları edərək müharibə və insanlıq əleyhinə cinayətlər törədib və öz vəhşiliklərini nümayiş etdiriblər. İnsanların çoxsaylı əmlakına ciddi ziyan vurulub, yaşayış evləri, çoxmənzilli yaşayış binaları dağıdılaraq məhv edilib. Azərbaycan onun suverenliyinə, ərazi bütövlüyünə və mülki əhalinin təhlükəsizliyinə qarşı olan təhdidləri dəf etmək üçün öz suveren torpaqlarında adekvat tədbirlər görüb. Hücumların davamlılığı, Ermənistan tərəfinin verdiyi bəyanatlar Azərbaycanın dinc əhalisi və mülki infrastrukturuna qarşı törədilmiş hücumların öncədən planlaşdırıldığını və Ermənistanın cinayətkar müharibə planının bir hissəsi kimi həyata keçirildiyini nümayiş etdirib. Bu müharibə cinayəti deyil, insanlıq əleyhinə terror aktı idi. Azərbaycanın şanlı ordusu döyüş meydanında göstərdiyi şücayiət ilə təcavüzkar erməni cinayətlərinin layiqli cəzasını verib”.

 

Ceyhun Məmmədov diqqətə çatdırıb ki, Ermənistanın törətdiyi cinayətlər dünya ictimaiyyətinə bir neçə istiqamətdə çatdırılıb.

 

“Prezident İlham Əliyev bütün çıxışlarında, rəsmi görüşlərində ermənilərin əsl üzünü ortaya çıxarıb. İkinci Qarabağ müharibəsi Azərbaycanın gücünü göstərdi. Müharibə başlayan andan etibarən, vəzifəsindən, statusundan, yaşından asılı olmayaraq, hər kəs Vətən uğrunda könüllüyə çevrildi və Ali Baş Komandanın “Dəmir yumruğ”una dönərək düşmənin başını əzdi. Döyüşdə oğlu şəhid olan ana-atalar belini bükmədi, başını dik tutub “Vətən sağ olsun!” dedilər... Azərbaycan dünyada heç vaxt nümunəsi olmayan, çətin relyef şəraitində, mürəkkəb istehkamları darmadağın edərək qələbə qazandı və bütün dünyaya gücünü, qüdrətini sübut etdi. Heç şübhəsiz, İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının şanlı tarixidir. Ermənistan isə dünyada diz çökmüş, məğlub ölkə kimi tanındı. Beləliklə, 44 günlük müharibədə tarixi qələbə təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının qələbəsidir. Yenilənən tariximizin, işğal olunmuş torpaqlarımızın azad olunması bizim də üzərimizdə müəyyən vəzifələr qoyur. Uşaqlarda və gənclərdə hərbi vətənpərvərlik ruhunu yüksəltmək, onlara milli həmrəylik və qəhrəmanlıq kimi ülvi hissləri aşılamaq bizim müqəddəs vətəndaşlıq borcumuzdur”.

 

Ülkər Abdurahmanlı

 

Mövzu: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;

 

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanıb.


OXŞAR XƏBƏRLƏR

ANAMA-nın əməkdaşı və nişanlısı avtomobillə kanala düşdü - VİDEO

Füzulidə ANAMA əməkdaşı nişanlısı ilə birlikdə avtomobillə kanala düşüb.   Sfera.az-ın məlumatına görə, Balaşov Famil Adil oğlu idarə etdiyi “V...

Sabah bu ərazilərdə işıq olmayacaq

Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasında iyulun 11-də yenidən...

Almaniyada meyiti tapılan tələbə Lənkəranda dəfn edildi

Almaniyada meyiti tapılan 18 yaşlı tələbə Kənan Camal oğlu Səfərov doğulduğu kənddə torpağa tapşırılıb.   Sfera.az APA-ya istinadən xəbər verir ...

Avropa Əliyev-Paşinyan görüşünü dəstəklədi: Sülh sazişinə çağırış

Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycan liderlərinin iyulun 10-da Əbu-Dabidə baş tutan görüşünü dəstəklədiyini bildirib.   Sfera.az xəbər ...

Prezidentin BƏƏ səfərindən- GÖRÜNTÜLƏR

Azərbaycan Prezidenti İlham Əliyevin “X” sosial şəbəkəsi hesabında dövlət başçısının Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri ilə bağlı paylaşım ...

Taksi sürücüləri SİMA ilə təsdiqlənəcək!

Taksilərdə ən çox rast gəlinən problemlərdən biri tətbiqdə göstərilən avtomobil və sürücüdən fərqli birinin sifarişə gəlməsi idi.   Bu, xüsusilə uşaq...