Qərb Ermənistanı Azərbaycanla müharibəyə hazırlayır - ŞƏRH

Qərb Ermənistanı Azərbaycanla müharibəyə hazırlayır - ŞƏRH

Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında həssas vəziyyət yaranıb. Belə ki, iki ölkə arasında danışıqlar prosesi gedir, sərhəd görüşləri keçirilir. Fevralın 17-də Münxendə baş tutan üçtərəfli görüşdən sonra bu gün Almaniyanın paytaxtı Berlində XİN başçıları bir araya gələcək.

 

İrəvan və Bakı arasında təmasların davam etməsi, görüşlərin qısa zaman ərzində baş tutması, habelə danışıqlar masasında Bakının irəli sürdüyü beş baza prinsipi əsasında tərtib edilən ilkin sülh sənədinin olması müsbət haldır.

 

Sülhə danışıqları getsə də, təmaslar qurulsa da, risk faktorları qalır. Məhz bu risk faktorları qeyd etdiyim həssas vəziyyəti yaradır. Yəni sülh danışıqları rahatlıqla gərginliyə çevrilə bilər.

 

Məsələ ondadır ki, başda Fransa olmaqla Qərb Ermənistanı Azərbaycana qarşı müharibəyə hazırlayır. Bu proses əsasən iki səpkidə özünü göstərir:

 

1. Qərb mediasında genişlənən anti-Azərbaycan isteriyası;


2. Ermənistanın silahlandırılması;

 

Bu gün Qərbdə və Ermənistanda məqsədyönlü şəkildə Azərbaycanın hücuma hazırlaşması haqda dezinformasiyalar yayılır. Bu dezinformasiyalar Fransa və onun dəstəklədiyi media subyektləri vasitəsilə dərc edilib, muzdlu ekspertlər vasitəsilə arqumentləşdirilib tirajlanır.

 

Paris və onun trayektoriyasındakı Qərb ölkələri bu yolla həm qərb auditoriyalarında Azərbaycanın mənfi imicini yaradır, həm də Ermənistan daxilində panika, qorxu və revanşizm meyillərini artırırlar.

 

Ermənistan müharibəyə hazırlıq istiqamətində silahlandırılır. Paris bu istiqamətdə Hindistanla ortaq hərəkət edir və maksimum qısa müddətdə İrəvanı lazımi silahlarla təmin etməyə çalışır.

 

Diqqətçəkən məqam budur ki, Fransa Aİ missiyası adı altında regiona öz jandarmlarını, xüsusi təyinatlılarını, agentlərini yeridir. Şərti dövlət sərhədində yerləşdirilən bu qüvvələr isə açıq-aşkar Azərbaycan haqqında kəşfiyyat məlumatlarının toplayıb, “binokl diplomatiyası” üçün casusluq edir.

 

Azərbaycan mövcud vəziyyətin və Parisin nə etmək istədiyinin fərqindədir. Buna görə də israrla sülh prosesinə fokuslanıb, təxibatlara cavab vermir. Bizim üçün prioritet sülh müqaviləsidir, lakin məsələ Fransaya cavabdırsa, Bakı Təşəbbüs Qrupunun fəaliyyəti bunu təmin edir.

 

Müəllif: Politoloq Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...