Deputat Xocalı qurbanlarının məzarını ziyarət etdi - FOTO

Deputat Xocalı qurbanlarının məzarını ziyarət etdi - FOTO
Kateqoriya məlum deyil
T

"Ənənəyə uyğun olaraq, bu il də Xocalı soyqırımında erməni vandalları tərəfindən qətlə yetirilən və 1992-ci ilin martın 2-də göz yaşları içərisində Şəhidlər Xiyabanında Vətən torpağına tapşırdığım iki Xocalı fidanımızın 5 yaşlı adsız və 3 yaşlı Gülmirənin məzarını ziyarət etdim".

 

Sfera.az xəbər verir ki, bunu Millət vəkili Fəzail Ağamalı deyib. Deputat bildirib ki, yüzlərlə günahsız uşaqlarımızın qisası alınıb.

 

"Müzəffər Ali Baş Komandan igid döyüşçülərilə Vətənin bütövlüyü və istiqlalı uğrunda şəhid olan, qətlə yetirilən soydaşlarımız kimi yüzlərlə günahsız cocuklarımızın da intiqamını aldı. 

 

Xocalı azaddır, üç rəngli bayrağımız qürurla müqəddəs məkanımızda dalğalanır. Artıq Xocalı soyqırımında qətlə yetirilənlərin də ruhu rahatdır. 

 

Ruhları şad olsun".

Gallery image 1
Gallery image 2
Gallery image 3
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR