Putinlə Ərdoğan arasında telefon danışığı OLDU - YENİLƏNDİ

Putinlə Ərdoğan arasında telefon danışığı OLDU - YENİLƏNDİ
Kateqoriya məlum deyil
T

Kreml Rusiya Prezidenti Vladimir Putinin Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı barədə məlumat yayıb.

 

Sfera.az APA-a istinadən xəbər verir ki, telefon danışığı zamanı Putin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edib, onun ölkəsində və xaricdə yüksək nüfuzunu, türk xalqının mənafeyi naminə uzun illər dövlət fəaliyyətini, xüsusən də Türkiyənin beynəlxalq aləmdə möhkəmləndirdiyin qeyd edib.

 

Putin Ərdoğanın Rusiya-Türkiyə dostluq münasibətlərinin inkişafına mühüm şəxsi töhfəsini də vurğulayıb.

 

Telefon danışığı zamanı ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə qarşılıqlı sadiqlik təsdiqlənib. Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb.

 

***

 

12:57

 

Türkiyə və Rusiya prezidentlərinin telefon danışığı olub.

 

Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

 

Putin Ərdoğanı 70 illik yubileyi münasibətilə təbrik edib. (Report)

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR