"İrəvan siyasətçiləri ayılsın və əllərində olanı itirməsinlər" - Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko erməni tərəfinə tələsməməyi və qəfil addımlar atmamağı tövsiyə edib.

 

Sfera.az bildirir ki, o, Ermənistanın Fransa ilə təmaslarına diqqət çəkib.

 

“Onlar Fransada Emmanuel Makronla daim əlaqə saxlayırlar. Görüşdən sonra isə bəyanatlar verildi ki, Paris zenit müdafiə sistemləri, ordu və iqtisadiyyat məsələlərində İrəvana kömək edəcək. Amma Fransada baş verənləri görürsünüz, ona görə də İrəvan siyasətçiləri ayılsın və əllərində olanı itirməsinlər”, - Lukaşenko bildirib.

 

O, Gürcüstanı nümunə çəkib: “Amerikalılar artıq Gürcüstanı unudublar. Gürcülər müstəqil və suveren ölkə olduqlarını iddia edən kimi Qərb onlara təzyiq etməyə başlayır. İlk növbədə, ABŞ. Bu gün, məsələn, Bayden Ukraynanı, Ermənistanı dəstəkləyəcək. Amma sabah hökumət dəyişəcək və Tramp deyəcək ki, sizi tanımıram, sizi ilk dəfədir görürəm”.

 

Lukaşenko fikirlərini bu cür tamamlayıb: “Gürcüstan MDB-dən və bütün strukturlardan çıxdı. Bu, onun üçün ən yaxşısıdır? Xeyr. Geri dönüşü arzuolunandır. Lakin fikrimcə, qayıtmaq hər zaman çətindir. Müəyyən reputasiya zədəsi, itkilər var”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...

AQTA bu şirkətə qoyulan məhdudiyyəti aradan qaldırdı

Ukraynanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA...