Bayden Ukraynaya görə narahatdır – Konqresmenlərlə təcili görüş keçiriləcək 

Bayden Ukraynaya görə narahatdır – Konqresmenlərlə təcili görüş keçiriləcək 

ABŞ Prezidenti Co Bayden Ukraynaya yardımı sürətləndirmək üçün çərşənbə axşamı Ağ Evdə Nümayəndələr Palatasının spikeri Mayk Conson da daxil olmaqla konqres liderləri ilə görüşəcək. 


Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, görüşün məqsədi müttəfiqlərə, o cümlədən Ukraynaya zəruri olan maliyyə yardımını ayırmaqdır. 


Xatırladaq ki, ABŞ Konqresi 2023-cü ilin oktyabrından bəri prezident Co Bayden administrasiyasının Ukraynaya təxminən 60 milyard dollar məbləğində əlavə yardım tələbinin təsdiqini yekunlaşdıra bilmir. Nümayəndələr Palatasının spikeri Mayk Conson bu qanun layihəsini səsverməyə çıxarmayıb. Sədr səsverməni fevralın sonuna qədər təxirə salıb. Bayden Ukraynaya yardımı müzakirə etmək üçün Consonla görüşməyə hazır olduğunu bəyan edib. Bu baxımdan sabahkı görüş Ukraynaya maliyyə yardımının ayrılması baxımından əhəmiyyətlidir. 


Qeyd edək ki, nəzərdə tutulan 60 milyard dollarlıq vəsaitin böyük hissəsi Ukraynanın silah təchizatı üçün istifadə ediləcək. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Makron: Paris Kiyevə silah tədarükünü davam etdirəcək

"Fransa Ukraynanı silahla təmin etməyə davam edəcək və uzunmüddətli perspektivdə təhlükəsizliyin təmin olunmasına kömək edəcək". Sfera.az xəbər v...

9 saat səmada qalan təyyarə qalxdığı hava limanına geri qayıtdı

Bu yaxınlarda “American Airlines” reysi ilə uçan sərnişinlər doqquz saat səmada qaldıqdan sonra təyyarənin qalxdığı hava limanına geri dönüblər. ...

Şagirdlərin zəhərləndiyi deyilən məktəbin valideynləri DANIŞDILAR - VİDEO

Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbdə təhsil alan iki şagirdin zəhərlənməsi ilə bağlı iddialar yayılıb.   Sfera.az bildirir ki, hadisənin məktə...

Quttereş: "Dünyada qlobal fəlakət gözlənilir"

Dünya qlobal iqlim fəlakəti ilə üz-üzədir.   Sfera.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş məlumat verib. Quterreş bildirib ki...

Qoşa Qalanın tək dərdi...- VİDEO

Həm yerli, həm də xarici turistlərin Bakıya gələrkən üz tutduğu məkanlardan biri də İçərişəhər Tarixi Memarlıq Qoruğudur.   Sfera.az-ın məlumatına gö...

Bayden Harrisə Trampı məğlub etmək üçün hansı tövsiyəni verdi?

ABŞ Prezidenti Co Bayden ABC News telekanalına müsahibəsində deyib ki, demokrat namizədə ölkədə qarşıdan gələn prezident seçkilərində qalib gəlmək üçün “ö...