"Bunu etməyə haqqım yoxdur..." - Zelenskidən MÜHÜM AÇIQLAMA

"Bunu etməyə haqqım yoxdur..." - Zelenskidən MÜHÜM AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Volodimir Zelenski bildirib ki, Ukrayna yeni əks-hücum əməliyyatına hazırlaşır və artıq dəqiq planı var.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski bunu mətbuat konfransında Ukraynanın 2024-cü il üçün strategiyası ilə bağlı sualı cavablandırarkən deyib.

 

"Bizim dəqiq planımız var. Detalları açıqlaya bilmərəm, bunu etməyə haqqım yoxdur. Bu plan komandanlıqdakı bəzi dəyişikliklərlə bağlıdır”,- Ukrayna lideri qeyd edib.

 

Xatırladaq ki, Rusiya tərəfi dəfələrlə Kiyevin əks-hücumlarda heç bir mühüm nəticə əldə edə bilmədiyini vurğulayıb. Ukrayna hakimiyyəti döyüş əməliyyatları zonasında hər hansı irəliləyişin olmamasında NATO-nu günahlandırıb. NATO rəsmiləri isə Ukraynaya lazım olan hər şeyi verdiklərini iddia edirlər. Dekabrın 1-də Zelenski də Ukraynanın əks-hücumunun uğursuz olduğunu etiraf edib.

 

Firuzə Əliyeva

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR