"NATO Ukraynaya hərbi yardımları artırmasa..." - Politoloq Rusiyanın əsas ssenarisindən DANIŞDI

“Rusiya Ukraynada qələbə qazana bilər”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Ukrayna Rusiyanın nəzarətinə keçərsə, Vladimir Putin MDB ölkələrindən ibarət yeni ittifaq dövləti yarada bilər:

 

“NATO yaz ayına kimi Ukraynaya hərbi yardımları artırmasa, ABŞ tez bir zamanda 60 milyard dolları ayırmasa, Rusiya həm də Qərb üzərində həlledici qələbə əldə edə bilər. Bu isə dünyada yeni, tam fərqli siyasi mənzərə yaradar. Şərqi Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya və Baltikyanı bölgə Rusiyanın nəzarətinə keçəcək. Türkiyə də regiondan sıxışdırılıb çıxarılacaq. Rusiyanın əsas ssenarisi budur”.

 

Ekspert bildirib ki, Kreml Çar Rusiyasının sərhədlərinə çıxmağı arzu edir:

 

“Qərbdə nəsil dəyişimi siyasətə də ciddi mənfi təsir edib. Onlar təhlükəni gec başa düşür və Ukrayna müharibəsində süstlük nümayiş etdirirlər”.

 

Qeyd edək ki, ötən gün Rusiya ordusu Ukraynanın Donetsk vilayətində yerləşən Pobeda qəsəbəsini nəzarətə götürüb. Bir müddət əvvəl isə Ukraynanın Avdeyevka şəhərini də nəzarətə götürüldüyünü açıqlanmışdı.

 

Günay


OXŞAR XƏBƏRLƏR