Navalnının arvadı ilə bağlı QƏRİBƏ İDDİA: “İllərdir, bunu gözləyirdi...”
Rusiyanın müxalifət lideri Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya barədə iddia irəli sürülüb.
Sfera.az bildirir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Yuliyanın ərinin ölümünü gözlədiyini deyib. O qeyd edib ki, Navalnının həyat yoldaşı bunu siyasi karyerasına görə istəyirdi:
“Onun təbəssümlü, xoşbəxt üzünə baxın. Hiss olunur ki, Navalnının arvadı bütün bu illər ərzində siyasi karyerasını inkişaf etdirmək üçün bu hadisəni gözləyirdi”.
Medvedev Aleksey Navalnı haqqında yaxşı heç nə deyə bilməyəcəyini də əlavə edib.
Xatırladaq ki, ötən günlərdə Yuliya Navalnaya videomüraciət yayaraq öldürülən əri Aleksey Navalnının işini davam etdirəcəyini bildirmişdi.
“Putin Alekseyi öldürməklə mənim yarımı – ürəyimin və ruhumun yarısını öldürdü. Amma hələ də o biri yarısı var və bu, mənim geri çəkilməyə haqqımın olmadığını göstərir. Mübarizə edin və təslim olmayın. Mən qorxmuram və siz də qorxmayın”, – o qeyd etmişdi.
Günay