Nikol Paşinyan Fransaya SƏFƏRƏ GETDİ

Kateqoriya məlum deyil
T
Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə Fransaya iki günlük işgüzar səfərə gedib.
Sfera.az bildirir ki, Paşinyanın nümayəndə heyəti icra və qanunvericilik orqanlarının üzvlərindən ibarətdir.
Məlumata görə, onun bu gün Fransa Prezidenti Emmanuel Makronla görüşü planlaşdırılır. Paşinyanın, həmçinin, işgüzar səfəri çərçivəsində Fransa Senatının sədri Jerar Larşe, baş nazir Qabriel Atal, Paris meri Ann Hidalqo ilə görüşləri nəzərdə tutulub.
Günay






